Icma.az
close
up
RU
Britaniya Rusiyanı birbaşa və təxirəsalınmaz təhlükə kimi tanımağı planlaşdırır

Britaniya Rusiyanı birbaşa və təxirəsalınmaz təhlükə kimi tanımağı planlaşdırır

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Böyül Britaniya hökumətinin bazar ertəsi təqdim edəcəyi strateji müdafiə icmalında Rusiyadan gələn təhlükə "birbaşa və təxirəsalınmaz" kimi qiymətləndiriləcək.

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, 130 səhifəlik sənəd baş nazir Kir Starmerin üç müşaviri tərəfindən hazırlanıb və əsasən Ukrayna müharibəsindən çıxarılan dərslərə əsaslanacaq.

Sənəddə vurğulanır ki, Britaniya "təhlükələrin yeni dövrü" ilə üz-üzədir - bu dövrdə pilotsuz uçuş aparatları, süni intellekt və digər texnologiyalar müharibənin xarakterini tarixdə görünməmiş dərəcədə köklü şəkildə dəyişir.

Hesabatda Çin də qeyd olunur - o, düşmən kimi göstərilməsə də, "mürəkkəb və davamlı çağırış" kimi təsvir edilir. Bildirilir ki, Pekin bəzən Moskva ilə əməkdaşlığa meyil göstərir. Sənəddə həmçinin İran və Şimali Koreya "regional pozucular" kimi dəyərləndirilir.

Analitik sənəddə müdafiə xərclərinə dair yeni öhdəliklərin yer alacağı gözlənilmir. Bunun əvəzinə, Starmerin bu ilin fevralında verdiyi vədi - 2027-ci ilə qədər müdafiə büdcəsinin ÜDM-in 2,5%-nə çatdırılması və növbəti parlament dövründə 3%-ə qaldırılması - bir daha təsdiqlənəcək.

İcmalda Britaniya ordusunun say tərkibinin artırılması məsələsi də qaldırılacaq. Rəqəmlərə görə, ordunun sayı hədəf göstəricilərdən aşağı düşüb və bu, Napoleon dövründən bəri ən aşağı səviyyəyə enib. 1 aprel tarixinə tam təlim keçmiş əsgərlərin sayı 70 860 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 2,3% azdır.

Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Piter Rikets bildirib ki, pilotsuz uçuş aparatları, kibermüdafiə və süni intellektə daha çox vəsait ayırmaq məqsədəuyğundur. "Lakin Ukrayna müharibəsinin başqa bir dərsi də var – kütlə önəmlidir, istər canlı qüvvə, istərsə də texnika baxımından. Buna görə də sonda ÜDM-in 3,5%-i həcmində resurs tələb olunacaq", deyə o bildirib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 May 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri