Britaniya səfiri Yel çərşənbəsini Anglo Asian Mining in mədənlərində keçirib
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Yel çərşənbəsi münasibətilə "Anglo Asian Mining" (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator, AAM) şirkətinin yeraltı mədənlərində olub.
BAKU.WS xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, AAM şirkəti Azərbaycanın dağ-mədən sektorunun inkişafına və qlobal enerji keçidi üçün vacib mineralların təmin edilməsinə mühüm töhfə verir.
"Mən Yel çərşənbəsini "Anglo Asian Mining" şirkətinin yeraltı mədənlərində keçirdim. Onların səmərəli, məsuliyyətli qızıl və mis hasilatı "Xalis Sıfır" keçidi üçün mineralın təmin olunmasına töhfə verərək, bu şirkəti Azərbaycanın qeyri neft-qaz sektorunda aparıcı ixracatçısına çevirib", - səfir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 11 Mart 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















