Britaniya səfirliyi: “Bu, yalnız ilk dalğa idi daha güclüsü gəlir!”
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaxın Şərqdə artan gərginlik fonunda Böyük Britaniyanın səfirliyi əhaliyə fövqəladə xəbərdarlıq yayıb.
Ölkə.az xəbər verir ki, səfirlikdən verilən açıqlamada bildirilir ki, indiyə qədər baş vermiş hücumlar yalnız birinci dalğa olub və məqsədi hava hücumundan müdafiə sistemlərini iflic etmək idi.
“Bu, müdafiə sistemlərini yükləyib sıradan çıxarmağa yönəlmiş ilk mərhələ idi. Növbəti mərhələdə daha güclü hücumlar gözlənilir”, – deyə Britaniya səfirliyi bildirib.
Qeyd olunur ki, səfirlik öz vətəndaşlarını və yerli əhalini təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırmağa çağırıb.
“Eyvanlara və pəncərələrə yaxınlaşmayın. Sığınacaqlara keçin. Qarşıdakı saatlar son dərəcə təhlükəlidir”, – bəyanatda vurğulanır.
Xatırladaq ki, İran və İsrail arasında davam edən qarşılıqlı zərbələr nəticəsində Yaxın Şərqdəki diplomatik nümayəndəliklər, xüsusilə Qətər, İraq və İordaniyada yerləşən xarici səfirliklər fövqəladə rejimə keçiblər. ABŞ və Britaniya səfirlikləri regionda fəaliyyət göstərən əməkdaşlarını təhlükəsizlik protokollarına tam riayət etməyə çağırır.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 İyun 2025 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















