Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniya Yəməndəki husilərin mümkün hava hücumlarından Səudiyyə Ərəbistanını qorumağa kömək etmək üçün bu ölkədə “Typhoon” qırıcı təyyarələri yerləşdirəcək.
APA xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu barədə bu gün açıqlama yayıb.
Bildirilib ki, “Typhoon” qırıcıları yalnız müdafiə xarakterli missiyalar həyata keçirəcək və İranın dəstəklədiyi husilərə qarşı hücum əməliyyatlarında iştirak etməyəcək.
“Böyük Britaniya Səudiyyə Ərəbistanının şəhərlərinin və mühüm milli infrastrukturunun hava hücumlarından qorunmasına dəstək məqsədilə RAF-ın “Typhoon” qırıcılarından istifadə etməklə müdafiə xarakterli hava patrulu missiyaları həyata keçirəcək”, – nazirliyin açıqlamasında deyilir.
Nazirliyin məlumatına görə, Britaniyanın dəstəyi Səudiyyə Ərəbistanının hava əməliyyatları üçün havada yanacaq doldurma imkanlarının genişləndirilməsini də əhatə edəcək.
Baxış sayı:85
Bu xəbər 20 Oktyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















