Britaniya şirkəti bu il Azərbaycanda qızıl hasilatını kəskin artıracaq
Apa.az saytına istinadən Icma.az xəbər verir.
“Bu il Azərbaycanda 28-33 min unsiya qızıl istehsal etməyi planlaşdırırıq”.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin baş icraçı direktoru Rza Vəziri deyib.
O həmçinin bildirib ki, AAM bu il 6500 – 6800 ton mis istehsalı proqnozlaşdırıb: “Mis şirkətin istehsalının getdikcə daha vacib bir hissəsinə çevrilir. 2025-ci ildə istehsalımız 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artacaq. Çünki istehsal portfelimizdə misin payını artırmağa başlayırıq. Bununla yanaşı, qarşıdakı illərdə daha böyük Qaradağ və Xarxar mis aktivlərini istehsala daxil edəcəyik".
Qeyd edilib ki, 2025-ci il maliyyə ili üzrə qızılın unsiyasının qiyməti 2800 ABŞ dollarından, misin tonunun qiyməti isə 9 000 dollardan hesablanıb.
Xatırladaq ki, "Anglo-Asian”ın 2024-cü il üzrə qızıl hasilatı 15 073 unsiya, mis hasilatı isə 377 ton təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















