Britaniya Ukraynanın müdafiə sistemlərindən istifadə etməkdə maraqlıdır
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna öz müdafiə layihələrini Qərb ölkələrinə ixrac etməklə mövqelərini gücləndirə bilər.
"Report"un Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bu fikri Böyük Britaniya müdafiə nazirinin müavini Alisteyr Karns Kiyevə səfəri zamanı ifadə edib.
Onun sözlərinə görə, London Ukrayna layihələrinin Birləşmiş Krallığın Silahlı Qüvvələrinə, eləcə də NATO müttəfiqi olan ölkələrin ordularına tətbiq edilməsində maraqlıdır. Karns vurğulayıb ki, Ukraynanın texnoloji həlləri, xüsusilə də pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsindəki işləri dünyada ən yaxşılardan biridir.
"Biz Ukraynaya bu sistemləri Qərbdə satmağa kömək etməliyik ki, o, sənaye gücünü artırsın və qələbə üçün resurslarının olmasını təmin etsin", - britaniyalı rəsmi qeyd edib.
Karns həmçinin təsdiqləyib ki, London Rusiya-Ukrayna münaqişəsində Kiyevi dəstəkləməyə davam edəcək, Britaniya hakimiyyəti isə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Avropa dövlətlərində yerli istehsal olan silahların ixrac mərkəzlərinin açıldığını bildirmişdi. Onun sözlərinə görə, hazırda Ukraynada 450-yə yaxın dron istehsalçısı olan şirkət fəaliyyət göstərir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 11 Aprel 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















