Icma.az
close
up
RU
Britaniya və Avropa qoşunları Ukraynada yerləşdirilə bilər The Telegraph

Britaniya və Avropa qoşunları Ukraynada yerləşdirilə bilər The Telegraph

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"İndiki cəbhə xətti dondurulacaq, Ukraynanın NATO-ya daxil olması 20 il ərzində təxirə salınacaq..."

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoyulmasına dair bir neçə planı var və onun seçəcəyi variant, ehtimal ki, onun kabinet üzvlərindən asılı olacaq.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Məlumatda deyilir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın planı Ukraynada Avropa və Britaniya qoşunlarının yerləşdirilməsini nəzərdə tuta bilər. O cümlədən, bu qoşunlar hər iki tərəfin ordusunun arasında 1200 km-lik bufer zonaya yerləşdirilə bilər.

Nəşr yazır ki, bu, Trampın nəzərdən keçirdiyi planlardan biridir. Siyasətçinin qərargahının üç əməkdaşının fikrinə görə, indiki cəbhə xətti dondurulacaq, Kiyev isə NATO-ya daxil olmaq istəyinin 20 il ərzində təxirə salınmasına razlılıq verməlidir. Bunun müqabilində Ukrayna Moskvanı təkrar hücumdan çəkindirmək üçün ABŞ-dan çoxlu sayda silah əldə edəcək. 

Eyni zamanda Birləşmiş Ştatlar yaradılacaq bufer zonada patrul xidmətinin aparılması və onun mühafizəsi üçün əsgərlər göndərməyəcək və bu missiyanı maliyyələşdirməyəcək.

Nəşr qeyd edir ki, Ukrayna Trampın müharibəyə son qoymaq planlarını dinləməyə hazır olduğunu anladıb, lakin Kremlin qələbəsi kimi görünən istənilən sövdələşməyə mane olacaq. Yeni seçilmiş prezidentin özü isə heç vaxt münaqişəni necə dayandıracağını müfəssəl izah etməyib.

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Cey Di Vens sentyabr ayında güman edib ki, Rusiya "sülhün şərti" olaraq zəbt etdiyi əraziləri əldə edəcək. Bu zaman Ukraynanın qalan əraziləri müstəqil, suveren dövlət kimi qalacaq və təmas xəttində mövqeləri möhkəmləndiriləcək. Bundan başqa, rusiyalılar həm də Ukraynanın vəd edilən neytrallığını əldə edəcək.

Nəşrin məlumatına görə, Trampın köməkçiləri ona daha bir ideya təqdim edib. O cümlədən sülh danışıqlarına razı olmayacağı təqdirdə Ukraynaya yardımın azaldılması təklif edilib.

Kreml mümkün sülh planlarını hələlik şərh etməyib. Nəşrin yazdığına görə, hazırda Rusiyanın dərhal sülh bağlanılması üçün stimulları azdır, çünki işğalçılar cəbhədə stabil olaraq irəliləyir və Moskva əmindir ki, ən azı daha bir il də iqtisadi yüklənməyə tab gətirəcək.

Nəşr güman edir ki, Trampın seçəcəyi variant, ehtimal ki, onun kabinet üzvlərindən asılı olacaq. Belə ki, Trampın ilk prezidentliyi dönəmində Dövlət katibi olmuş və Pentaqona rəhbərlik edə biləcək Mayk Pompeo Co Bayden administrasiyasını Ukraynaya kifayət qədər yardım etməməkdə tənqid edib. O, ehtimal ki, Rusiya üçün sərfəli olan sazişi dəstəkləməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri