Icma.az
close
up
RU
Britaniya və Fransa Ukraynaya qoşun yeritməyi müzakirə edir Le Monde

Britaniya və Fransa Ukraynaya qoşun yeritməyi müzakirə edir Le Monde

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa ölkələri Ukraynaya qoşun və ya özəl hərbi şirkətlərin əməkdaşlarının göndərilməsi ilə bağlı müzakirələri bərpa edib. Hələlik söhbət ukraynalı əsgərlərə təlim keçmək, hərbi biliklərin ötürülməsi və texnikanın təmirindən gedir.

Qaynarnfo xəbər verir ki, bu barədə "Le Monde” məlumat yayıb.

Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr fevral ayında Fransa prezidenti Emmanuel Makronun oxşar ideyanı açıq şəkildə ifadə etməsi ilə başlayıb. "Le Monde” məlumatlı mənbələrə istinadən yazır ki, bir sıra ölkələr, xüsusən də Almaniya buna qarşı sərt çıxış etsələr də, bu ideyadan tamamilə imtina edilməyib və üstəlik, son həftələrdə yenidən gündəmə gətirilib. O cümlədən, Böyük Britaniyanın baş naziri Key Starmerin noyabrın 11-də Fransaya səfəri zamanı müzakirə olunub. 

"Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, xüsusən də Ukrayna və ümumilikdə Avropa təhlükəsizliyinə yönəlmiş Avropada güclü müttəfiqlər qrupunun yaradılması məqsədi ilə danışıqlar davam edir”, - qəzetə Britaniyadan olan mənbə bildirib.

Öz növbəsində Fransanın xarici işlər naziri Jan-Noel Barro Londona səfəri zamanı noyabrın 23-də BBC-yə müsahibəsində Qərb müttəfiqlərini Ukraynaya dəstək məsələsində "qırmızı xətlər qoymamağa” çağırıb. Fransız qoşunlarının oraya göndərilməsinin mümkünlüyü barədə suala o, belə cavab verib: "Biz heç bir variantı istisna etmirik”.

Bunun üçün hələlik rəsmi icazə yoxdur - nə adi qoşunlar, nə də özəl təchizatçılar üçün, "Le Monde” qeyd edir, lakin bunu etmək təklifləri "bir neçə aydır müzakirə olunur". Namizədlərdən biri Défense Conseil International (DCI)-dır. 55%-i dövlətə məxsus olan və 80%-i keçmiş hərbi qulluqçulardan ibarət olan DCI, Fransa Silahlı Qüvvələr Nazirliyi adından ölkənin beynəlxalq tərəfdaşlarına hərbi nou-hau ötürür, məsləhətlər verir, təlimlər keçir və hərbi imkanları dəstəkləyir. 

"Le Monde” yazır ki, DCI artıq Fransa və Polşada olduğu kimi Ukrayna əsgərlərini Ukraynada da öyrətməyə hazırdır. O, həmçinin lazım gələrsə, Kiyevə ötürülən Fransa hərbi texnikasına texniki xidmət göstərə bilər. May ayında Ukraynada texniki dəstək sahəsinin yaradılması, o cümlədən hərbi texnikanın cari və əsaslı təmirinin aparılması üçün "işlərin getdiyini” bildirən Britaniyanın "Babcock” şirkəti tərəfindən artıq əməkdaşlıq təklifi ilə ona müraciət edilib.

"The Times” oktyabrda yazıb ki, Britaniya silahlı qüvvələrinin rəhbərliyi Ukraynanın qərbinə kiçik qrup təlimatçı göndərilməsini müzakirə edir. Bu, Ukrayna əsgərlərinə Böyük Britaniyada təlim keçərkən yaranan bəzi maddi-texniki problemləri həll edər və pula qənaət edərdi. İngilis hərbi mənbəsi qəzetə bildirib ki, təlimatçılar cəbhəyə göndərilməzdən əvvəl yeni əsgərlərə intensiv əsas təlim keçmək üçün "cəbhədən uzaqda, boş yerlərdə" olacaqlar. Ukraynalı mənbənin sözlərinə görə, təlim ölkəsinin dəyişməsi digər ölkələr və Rusiyanın özü üçün "güclü hərbi-siyasi siqnal" rolunu oynayacaq və NATO-nun hərbi infrastrukturunun Ukrayna ərazisində "de-fakto" yerləşdirilməsinin başlanğıcını qeyd edəcək və "güclü çəkindirici"olacaq.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ötən həftə bildirib ki, sülh sazişi bağlanarsa, Ukraynanı Rusiyanın yeni təcavüzündən qorumaq üçün başqa şeylərlə yanaşı, Avropa qoşunlarını Ukraynaya göndərməyə hazırlaşmaq lazımdır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın NATO-ya dəvət edilməsinin əleyhinə olmaqda davam edərsə, Avropa hərbi əməliyyatlar başa çatdıqdan sonra öz ərazisində qoşun yerləşdirməklə onu qorumaq missiyasını üzərinə götürməli olacaq. "Le Monde” qeyd edir ki, Fransa və Böyük Britaniya da bu ehtimalı müzakirə edirlər.


Nizami Bağırov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri