Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib
Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) ölkədəki Rusiya diplomatının akkreditasiyasını ləğv edib.Bu barədə TASS məlumat yayıb.
Bu qərar 2024-cü ilin noyabrında Rusiyanın Böyük Britaniya diplomatını ölkədən çıxarmasına cavab olaraq qəbul edilib.
"Biz Rusiya səfiri Andrey Kelini yüksək səviyyəli Britaniya rəsmisi ilə görüşmək üçün dəvət etdik ki, Rusiya diplomatının akkreditasiyasını ləğv edək", - XİN-dən bildirilib.
Onlar bu addımı Rusiya XİN-in keçən il Moskvadakı Britaniya diplomatının akkreditasiyasını ləğv etməsinə cavab kimi qiymətləndiriblər.
"Rusiya tərəfindən hər hansı əlavə addımlar eskalasiya kimi qəbul ediləcək və müvafiq cavab veriləcək", - nazirlikdən əlavə ediblər.
www.anews.az
Baxış sayı:130
Bu xəbər 06 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















