Britaniyada avtomobil istehsalı 1954 cü ildən bəri ən aşağı səviyyəyə düşüb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Böyük Britaniyada avtomobil istehsalı 2024-cü ildə yeddi onillikdə (koronavirus pandemiyası istisna olmaqla) ən aşağı səviyyəyə düşüb, çünki sənaye zəif tələbatla mübarizə aparır və qazıntı yanacaqlarından elektromobillərə keçməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinin (SMMT) məlumatına görə, Böyük Britaniyada istehsal olunan avtomobillərin sayı bir il ərzində 780 minə qədər azalıb ki, bu da 1954-cü ildən bəri ən aşağı göstəricidir.
SMMT-nin baş direktoru Mayk Hous bildirib ki, keçənilki azalma qismən zavodların elektrik istehsalına keçdiyi üçün bağlanması ilə bağlı olub. Bununla belə, o əlavə edib ki, sənaye hələ də zəif qlobal tələb və elektromobillərin satışlarında gözləniləndən daha yavaş artımla mübarizə aparır.
Böyük rəqabət mühitində Britaniya əsas avtomobil istehsalçısı kimi mövqeyini qoruyub saxlamaq uğrunda mübarizə aparır.
Avtomobil istehsalçıları ABŞ Prezidenti Donald Trampın Britaniyanın ikinci ən böyük bazarına idxal tarifləri tətbiq edəcəyi təqdirdə yaran biləcək problemlərə hazırlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 30 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















