Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Britaniya hökuməti 2008-ci ildən sonra doğulan bütün insanlara siqaret satışını qadağan edib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Birləşmiş Krallığı tütünsüz ölkəyə çevirməyi hədəfləyən qanunun Parlament tərəfindən qəbul edilməsini alqışlayıb. İcmalar Palatasının üzvləri və yuxarı palatanın Lordları mətnin son versiyası barədə razılığa gəliblər. Parlament üzvləri son oxunuşda qanun layihəsini 366 səs lehinə, 41 səs əleyhinə olmaqla təsdiqləyiblər. Leyboristlərin səhiyyə naziri Ues Stritinq bunu tarixi qərar adlandırıb və onları ömür boyu asılılıq və zərərdən qorunan ilk tütünsüz nəsil kimi qiymətləndirib.
Yeni qanuna əsasən hazırda 17 yaşı və ya daha kiçik olan hər kəs heç vaxt qanuni olaraq siqaret ala bilməyəcək. Bu tədbirə əlavə olaraq, qanunvericilik uşaq meydançaları kimi açıq hava məkanlarında, eləcə də məktəb və xəstəxanaların yaxınlığında siqaret çəkməyi qadağan edib.
Qeyd edək ki, Leyboristlər Partiyası artıq 1 iyun 2025-ci il tarixindən etibarən gənclər arasında populyar olan parlaq rənglərdə və dadlarda olan birdəfəlik elektron siqaretlərin (pufların) satışını qadağan edib.
Məlumat üçün bildirək ki, siqaret çəkmək Böyük Britaniyada ildə təxminən 80 min insanın ölümünə səbəb olur. Bütün xərçəng ölümlərinin dörddə biri siqaretin mənfi təsiri üzündən baş verir.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Aprel 2026 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















