Britaniyada dəmir yolu şəbəkəsində genişmiqyaslı nasazlıq yaranıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bu səhər Böyük Britaniyanın dəmir yolu şəbəkəsində nasazlıq qeydə alınıb.
AZƏRTAC Britaniyanın Milli Dəmiryoluna (National Rail) istinadla xəbər verir ki, problem maşinistlər və siqnalçılar arasında istifadə olunan rabitə sistemində yaranıb.
Nasazlıq səbəbindən qatarlar səfərlərinə gec başlayıb, bəzi reyslər isə ləğv edilib və ya dəyişdirilib.
Məlumata görə, bu nasazlıq London və İngiltərənin cənubunu əhatə edən “Elizabeth Line” xəttinə, “South Western Railway”, “Gatwick Express”, “Great Northern”, “Southern”, “Southeastern” və “Thameslink” xidmətləri, həmçinin “ScotRail”ə təsir edib.
Sərnişinlərə səfərdən əvvəl qatar cədvəllərini yoxlamaq və mümkün gecikmələrə hazır olmaq tövsiyə edilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















