Britaniyada enerji qiymətləri Yeni ildə gözlənilmədən artacaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 21 noyabr, AZƏRTAC
Britaniyada milyonlarla ev təsərrüfatı gələn ilin əvvəlində enerji qiymətlərində cüzi artımla üzləşəcək.
AZƏRTAC xəbər verir ki, enerji tənzimləyicisi “Ofgem” yanvarın əvvəlindən qüvvəyə minəcək növbəti qiymət həddini açıqlayıb. Yeni qərara əsasən, İngiltərə, Uels və Şotlandiyada dəyişkən tariflərlə enerji istifadə edən abonentlər üçün qiymət həddi 0,2 faiz artırılacaq. Bu artım proqnozlaşdırılmamışdı, çünki daha əvvəl analitiklər ilin əvvəlində qiymət həddinin enəcəyini gözləyirdilər. “Ofgem” bildirir ki, artıma əsas səbəb hökumət siyasətindəki dəyişikliklərdir.
Qaz və elektrik qiymətləri hələ də nisbətən yüksək olaraq qalır, ölkədə temperaturun kəskin enməsi isə enerji xərclərini yenidən gündəmə gətirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:98
Bu xəbər 21 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















