Britaniyada məscidlərin təhlükəsizliyinə maliyyə AYRILDI
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniya hakimiyyəti məscidlərdə və müsəlman dini mərkəzlərində təhlükəsizlik tədbirlərinin genişləndirilməsinə 10 milyon funt-sterlinq (təxminən 13,3 milyon dollar) ayırmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin Mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Kir Starmer bəyan edib ki, Böyük Britaniyanın məscidləri və müsəlman dini mərkəzləri nifrət zəminində cinayət və hücumlardan qorunmaq üçün təhlükəsizliyin təmin edilməsi məqsədilə 10 milyon funt-sterlinq məbləğində əlavə maliyyələşdirmə alacaq”, - bəyanatda deyilir.
Vəsaitin videomüşahidə və siqnalizasiya sistemlərinin quraşdırılmasına, hasarların tikilməsinə və mühafizə xərclərinə sərf ediləcəyi bildirilir. Bu vəsait hökumətin ötən il məscidlərin təhlükəsizliyinin təmin edilməsinə ayırdığı 29,4 milyon funt-sterlinqə (təxminən 39,2 milyon dollar) əlavə olunacaq.
Baş nazir bu bəyanatla İngiltərənin cənubunda yerləşən Pisheyven şəhərindəki məscidə səfərindən sonra çıxış edib. Həmin məscid oktyabrın əvvəlində naməlum şəxslər tərəfindən yandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Britaniya hökumətinin məlumatına görə, 2024-cü ilin martından 2025-ci ilin martına qədər müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayətlərin sayı 19 faiz artıb. Birləşmiş Krallıqda dini zəmində törədilən bütün cinayətlərin 44 faizi müsəlmanlara qarşı törədilib.
Baxış sayı:30
Bu xəbər 24 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















