Icma.az
close
up
RU
Britaniyada müalicəsi mümkün olmayan xərçəng növü üçün yeni test üsulu hazırlanıb

Britaniyada müalicəsi mümkün olmayan xərçəng növü üçün yeni test üsulu hazırlanıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 13 oktyabr, AZƏRTAC

Böyük Britaniyada alimlər çoxsaylı mieloma (multiple myeloma) adlanan mürəkkəb qan xərçəngi növü ilə bağlı yeni genetik test üsulu hazırlayıblar.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, bu test xəstəliyin müalicədən sonra 18 ay ərzində yenidən qayıtma ehtimalını dəqiq proqnozlaşdıra bilir. Yeni yanaşma ənənəvi testlərin müəyyən edə bilmədiyi gizli riskləri aşkarlamağa imkan verir və bu, Böyük Britaniyada sözügedən xəstəlikdən əziyyət çəkən minlərlə insan üçün mühüm irəliləyiş ola bilər.

Çoxsaylı mieloma sümük iliyində anormal ağ qan hüceyrələrinin, plazma hüceyrələrinin nəzarətsiz çoxalması nəticəsində yaranır. Bu, sümüklərdə ağrılar, başağrısı, əzələ zəifliyi kimi simptomlarla müşayiət olunur. Hazırda Böyük Britaniyada təxminən 33 min nəfər bu xəstəliklə yaşayır və hər il təqribən 6 min 300 yeni hal qeydə alınır.

Xəstəlik hələlik tam müalicə olunmur, lakin müasir terapiya üsulları remissiya mərhələsinə nail olur. Bununla belə, əksər xəstələr 18 ay ərzində yenidən xəstəliyin təkrarlanması ilə üzləşir. Xərçəng Araşdırmaları İnstitutunun (ICR) alimləri bildiriblər ki, ənənəvi DNT testlərini yeni RNT analizləri ilə birləşdirmək xəstəliyin erkən təkrarlanma riskini daha dəqiq müəyyən etməyə və pasiyentlər üçün fərdiləşdirilmiş müalicə planı hazırlamağa imkan verəcək.

Hazırda DNT profilləşdirməsi xərçəng üzrə ixtisaslaşmış tibb mərkəzlərində və klinik sınaqlarda tətbiq olunur. Bu üsul mieloma hüceyrələrində baş verən genetik mutasiyaları müəyyənləşdirərək xəstəliyin nə dərəcədə aqressiv olduğunu təyin etməyə kömək edir. Digər tərəfdən, yeni gen ifadə testləri xərçəng hüceyrələrində müəyyən genlərin aktivliyini ölçür. Bu zaman RNT molekullarının fəaliyyətinə baxılır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri