Icma.az
close
up
RU
Britaniyada orta yaşlı qadınların beşdə biri depressiyadan əziyyət çəkir

Britaniyada orta yaşlı qadınların beşdə biri depressiyadan əziyyət çəkir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

London, 19 noyabr, AZƏRTAC

Britaniyada aparılan yeni tədqiqat göstərir ki, ölkədə 55–64 yaş aralığındakı qadınların beşdə biri, yəni 21 faizi depressiya əlamətləri yaşayır.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Maliyyə Araşdırmaları İnstitutunun (IFS) hesabatına görə, bu göstərici 2010-cu illərin ortalarında 15 faiz idi və son illərdə ciddi artım müşahidə olunub. Hesabatda qeyd olunur ki, qadınlarda depressiya əlamətlərinə həyatdan həzz almama, təkliyə qapanma, kədər hissi və yuxu pozuntuları daxildir.

Eyni yaş qrupunda kişilərdə isə bu göstərici 11 faiz təşkil edir və son on ildə demək olar ki, dəyişməyib.

Orta yaşdan sonrakı dövrdə qadınlar arasında yalnız psixoloji deyil, fiziki sağlamlıq şikayətlərində də artım qeydə alınıb. Tədqiqat göstərir ki, bu yaş aralığındakı qadınların 11 faizi altı və daha çox sağlamlıq problemi yaşadığını bildirib, kişilərdə isə bu rəqəm cəmi 3 faiz təşkil edir. Pandemiya, həyat xərclərinin kəskin artması, eləcə də qadınlar üçün dövlət pensiyası yaşının yüksəldilməsinin psixoloji sağlamlığa təsir göstərən amillər olduğu qeyd olunub.

Hesabatda həmçinin bildirilir ki, depressiya əlamətləri azgəlirli ailələrdə yaşayan qadınlar arasında daha geniş yayılıb. Belə ki, ən aşağı gəlir qrupunda olan 55–64 yaşlı qadınların dörddə birinə yaxını depressiya yaşadığını bildirib. Ən yüksək gəlir qrupunda isə bu göstərici cəmi 10 faizdir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri