Britaniyada sabiq məmur işdən çıxarıldığına görə rekord məbləğdə müavinət aldı
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Dövlət Mülki Xidmətinin keçmiş rəhbəri Kris Uormold təxminən 500 min funt sterlinq (655 min dollar) həcmində rekord səviyyədə işdənçıxma müavinəti əldə edib.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri razılaşmanın şərtlərinə bələd olan mənbələrə istinadən məlumat yayıb.
O, ölkəsinin ABŞ-dəki sabiq səfiri Piter Mandelsonun Ceffri Epşteynlə əlaqələrinə dair qalmaqal fonunda vəzifəsindən azad edilmişdi.
Sabiq xidmət rəhbərinin 21 ildən artıq iş stajı olan məmurlar üçün nəzərdə tutulan standart ödənişi - 260 min funt sterlinq (340 min dollar) alacağı gözlənilirdi. Lakin Uormold məcburi işdən çıxarılmaya görə əlavə kompensasiya barədə razılığa gələ bilib.
Xəbərdə bildirilir ki, işdənçıxma müavinətinin dəqiq məbləği hökumətin illik hesabatlarında rəsmən açıqlanacaq. Uormold özü bu mövzunu şərh etməkdən imtina edib.
Belə razılaşmalar son dərəcə qeyri-adidir. Buna ən yaxın presedent 2022-ci ildə Böyük Britaniyanın Xəzinədarlıq Departamentinin rəhbəri Tom Skoların Baş nazir Liz Trassın fəaliyyətinin ilk günündə işdən çıxarılmasıdır. Ona istifadə edilməmiş məzuniyyətə görə 122 min funt sterlinq (160 min dollar) daxil olmaqla, 457 min funt sterlinq (598 min dollar) ödənilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 18 Avqust 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















