Britaniyada xaricdən gətirilən yoluxucu xəstəliklərin sayı artıb
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi yay mövsümündə xaricə səyahət edənləri ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərə qarşı ehtiyatlı olmağa çağırıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, agentliyin məlumatına görə, bu il ölkədə xaricdən gətirilən “Zika” virusu və “Denqe” qızdırması kimi ağcaqanadlarla yayılan xəstəliklərlə bağlı artım qeydə alınıb.
Belə ki, 2026-cı ilin yanvar–iyun aylarında Böyük Britaniyada “Zika” virusuna yoluxmanın səkkiz halı təsdiqlənib. Bu il aşkarlanan yoluxmaların dördü İndoneziyadan qayıdan şəxslərdə müəyyən edilib.
Agentlik xaricə səfər edənlərə həşərat əleyhinə vasitələrdən istifadə etməyi, uzunqol paltar və uzun şalvar geyinməyi, zərurət olduqda insektisidlə işlənmiş ağlardan istifadə etməyi tövsiyə edib. Həmçinin səyahət öncəsi tələb olunan peyvəndlərin vurulmasının və malyariyaya qarşı dərman qəbulunun zəruriliyinin yoxlanılmasının vacibliyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 İyul 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















