Icma.az
close
up
RU
Britaniyadan ABŞ nin Ukraynanın təbii ehtiyatları ilə bağlı istəyinə REAKSİYA

Britaniyadan ABŞ nin Ukraynanın təbii ehtiyatları ilə bağlı istəyinə REAKSİYA

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonun Ukraynanın faydalı qazıntıları ilə bağlı sövdələşməyə dair mövqeyini dəstəklədiyini bildirib və bu razılaşmanın təhlükəsizlik zəmanətlərinin tərkib hissəsi olduğunu qeyd edib.

Oxu.Az-ın məlumatına görə, Britaniya baş naziri bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.

"Prezident (Donald Tramp) dəfələrlə, o cümlədən bu gün də qeyd etdiyi kimi, bu özü təhlükəsizlik zəmanətlərinin bir elementidir, çünki minerallar üzrə razılaşma ABŞ-nin Ukraynadakı iqtisadi maraqlarının təhlükə altına düşəcəyi mənasına gəlir", - deyə K.Starmer bildirib.

Daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent qeyd etmişdi ki, ABŞ və Ukrayna arasında planlaşdırılan nadir torpaq elementlərinin istifadəsinə dair sövdələşmə Kiyev üçün hərbi zəmanətlər ehtiva etmir, lakin Birləşmiş Ştatların Ukraynanın iqtisadi gələcəyinə aktiv investisiyalar üçün zəmanətini nəzərdə tutur. ABŞ Maliyyə Nazirliyinin rəhbərinin fikrincə, bu sövdələşmə iqtisadi təhlükəsizlik zəmanəti kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Vaşinqton və Kiyev Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin imzalanması üzərində iş aparır. Donald Tramp bu resurslara fevralın əvvəlindən maraq göstərib. Ukrayna Prezidenti Volodimir Zelenski isə əvvəllər sənədi imzalamaqdan imtina edərək, onun tərkibinə Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı bəndin daxil edilməsini tələb edib.

Bununla yanaşı, Tramp və Zelenski Vaşinqtonun Kiyevə yardım üçün xərclədiyi vəsaitlər və Ukraynanın bu vəsaitləri qaytarmaq öhdəlikləri məsələsində ciddi fikir ayrılığı yaşayırlar.

"Ukrainska Pravda" nəşrinin məlumatına görə, Ukrayna hökumətinin razılaşdırdığı sənəddə investisiya fondunun yaradılması planları qeyd olunub, lakin onun fəaliyyəti ilə bağlı bir sıra detallar dəqiqləşdirilməyib. Xüsusilə, fondun praktikada necə idarə olunacağı, ABŞ nümayəndələrinin səlahiyyətlərinin nədən ibarət olacağı və mülkiyyət strukturunun necə təşkil ediləcəyi kimi məsələlər açıq qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Fevral 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri