Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Böyük Britaniyanın Leyboristlər partiyasından olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib.
“Report” bu barədə “Sky News”a istinadən xəbər verir.
İsrail Miqrasiya Nazirliyindən verilən açıqlamaya görə, Yuan Yanu və Abtisam Mohamed təhlükəsizlik qüvvələrinin fəaliyyətini sənədləşdirmək və anti-İsrail nifrətini yaymaq planında şübhəli bilinir.
Dindirmə zamanı deputatlar İsrailə rəsmi parlament nümayəndə heyətinin tərkibində səfər etdiklərini deyiblər. Nazirlik onların iddialarını “yalan” adlandırıb, lakin Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi deputatlara qarşı rəftarı pisləyib.
"İsraildə parlament nümayəndə heyətində olan iki britaniyalı deputatın saxlanılması və ölkəyə girişinə icazə verilməməsi qəbuledilməzdir, dərin narahatlıq doğurur. Mən İsrail hökumətindəki həmkarlarıma açıq şəkildə bildirdim ki, britaniyalı deputatlarla bu cür rəftar edilmir və biz bu axşam hər iki deputatla əlaqə saxladıq ki, onlara dəstəyimizi təklif edək", - Lammi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 06 Aprel 2025 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















