Britaniyalı nazirlər COP29dakı pavilyonları ilə tanış oldular FOTO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyanın müxtəlif ölkələrindən nümayəndələri, yüksək səviyyəli siyasətçiləri və ekspertləri bir araya gətirib.
Bizim.Media xəbər verir ki, Birləşmiş Krallıqdan gələn nümayəndə heyətinə müxtəlif sahələr üzrə yüksək səviyyəli nazirlər də daxildir.
Böyük Britaniyanın inkişaf naziri Annelis Dodds, ticarət siyasəti üzrə dövlət naziri Duqlas Aleksandr və beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkarti COP29-da Britaniya pavilyonunu ziyarət ediblər. Nazirlər ziyarət çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçiriblər.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer, enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend və xarici işlər naziri Devid Lemmi də COP29 üçün Bakıya gələn Britaniya nümayəndə heyətində yer alırlar. Bu, Böyük Britaniyanın qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öhdəliklərinə sadiqliyini və beynəlxalq arenada bu sahədə daha sıx əməkdaşlıq qurmaq arzusunu göstərir.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 15 Noyabr 2024 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















