Icma.az
close
up
RU
Britaniyalı qadın yuxudan oyanıb başqa ləhcə ilə danışdı

Britaniyalı qadın yuxudan oyanıb başqa ləhcə ilə danışdı

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın Staffordşir qraflığında yaşayan 28 yaşlı Veriti Uent şiddətli miqren tutmasından sonra oyanarkən yeni bir aksentlə danışmağa başladığını aşkar edib.

Moderator.az bildirir ki, bu barədə WTJ portalı xəbər yayıb.

Məlumata əsasən, Veriti Uentə nadir nevroloji vəziyyət olan "xarici aksent (ləhcə) sindromu" diaqnozu qoyulub. Bildirilib ki, bu hal sinir sisteminin funksional pozğunluğu nəticəsində yaranıb.

Tətil zamanı miqren tutmasından sonra yuxudan oyanan qadın əvvəlcə nitqinin səlis olmadığını hiss edib. Bir neçə dəqiqə sonra isə Britaniyanın şimal-şərqinə xas olan açıq-aşkar "djiordi" aksenti ilə danışmağa başlayıb. Veriti Uent etiraf edib ki, ilk anda şoka düşüb və özünü sanki kimliyini itirmiş kimi hiss edib.

Lakin zaman keçdikcə o, yeni səsini tam şəkildə qəbul edib və hazırda onu "həqiqi" hesab edir. Qadının sözlərinə görə, hətta daxili düşüncələri, yuxuları və yuxuda danışığı belə yeni aksentlə baş verir.

Uent Nyukasl şəhərinə səfəri zamanı yerli sakinlərin onun danışığını bölgə üçün tam təbii qəbul etdiklərini bildirib. Ailə üzvləri isə yeni ləhcənin ona əvvəlkindən daha çox yaraşdığını qeyd ediblər.

Qeyd edək ki, bu, nevroloji pozuntular nəticəsində insanların fərqli ləhcələrlə və ya hətta xarici dillərdə danışması ilə bağlı ilk hal deyil. "Xarici aksent sindromu" nadir rast gəlinən bir vəziyyət olsa da, tibbdə insult, kəllə-beyin travmaları və ya ağır miqren tutmalarından sonra meydana çıxa bilən hal kimi tanınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Yanvar 2026 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri