Britaniyalı səfir: “Qarabağ” “Çelsi” oyunundakı ssenarini “Enfild stadionunda də gözləyirəm
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Bu gün İngiltərədə möhtəşəm matç izləyəcəyik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Liverpul”la keçirəcəyi sonuncu – VIII tur oyunu barədə danışarkən deyib.
Səfirin sözlərinə görə, "Qarabağ" möhtəşəm mövsüm keçirib və bununla da həm evdə, həm də səfərdə Avropanın yüksəksəviyyəli rəqiblərini məğlub etməyi bacardığını göstərə bilib: “Danimarkanın “Kopenhagen” komandası ilə oyunu xatırlayıram. Matç boyu “Qarabağ”ın futbolçuları həqiqətən də üstün olmağı bacardılar. Son bir neçə mövsümdə onların oyununu izləyərkən qol vurmaqla bağlı problemlərinin olduğunu görürdüm. Amma indi vacib məqamlarda həlledici qollar vururlar. Bunun üçün sadəcə “Ayntraxt” ilə matça baxmağınız kifayətdir”.
F. Auld Azərbaycan çempionundan uğurlu nəticə gözlədiyini bildirib: "Çelsi" Bakıya səfər edəndə bir çoxları "Qarabağ"ın şansının olmadığı deyirdilər. Mən isə bu fikirdə deyildim. Düşünürdüm ki, 2:2 hesabı həqiqətən çox maraqlı keçen bir oyunda ədalətli nəticə oldu. Əlbəttə, bu ssenarini Avropa futbolunun ən böyük stadionlarından biri olan "Enfild"də də gözləyirəm. Rəqib dünyanın ən rəqabətli liqasının son qalibi "Liverpul"dur. Amma "Liverpul" bu mövsüm qeyri-sabit oyun sərgiləyir. "Qarabağ" isə tarixinin ən böyük nailiyyətinin astanasındadır. Çox xoşbəxtəm ki, oyunda şəxsən iştirak edəcəyəm”.
Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 28 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















