Icma.az
close
up
RU
Britaniyalılar Brexit dən əvvəlki miqrasiya siyasətini geri istəyirlər

Britaniyalılar Brexit dən əvvəlki miqrasiya siyasətini geri istəyirlər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bugünlərdə keçirilmiş ictimai rəy sorğusuna əsasən, britaniyalıların təxminən yarısı "Brexit"dən (Böyük Britaniyanın Aİ-dən çıxması) əvvəl qüvvədə olan miqrasiya siyasətinin bərpasını istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı "Politico" qəzeti yayıb.

Nəşr bildirib ki, məhz qanunsuz miqrasiya problemi 2016-cı ildə keçirilmiş "Brexit" referendumunun əsas səbəblərindən biri idi. Lakin bu gün respondentlərin 41%-i Birləşmiş Krallığın “Avropa İttifaqından çımazdan əvvəlki miqrasiya siyasətinə” üstünlük verəcəklərini bildirib. Cəmi 19% isə hazırkı siyasəti dəstəkləyib.

Miqrasiya mövzusu 2016-cı ildə keçirilən kampaniya zamanı əsas müzakirə predmetlərindən biri olub. "Brexit" tərəfdarları iddia edirdilər ki, Avropa İttifaqından çıxmaq Birləşmiş Krallığa sərhədlərinə nəzarəti qaytaracaq və daha ədalətli bir sistem qurmağa imkan verəcək.

Ancaq 2018-ci ildən bu yana təxminən 180 min qanunsuz miqrant La-Manş boğazı vasitəsilə ölkəyə keçib. 2024-cü ilin iyul ayında keçirilmiş parlament seçkilərindən sonra formalaşan Leyborist hökuməti qanunsuz miqrasiyanın qarşısını almaq üçün Aİ ölkələri ilə əməkdaşlığı gücləndirəcəyini vəd edib.

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmudun etirafına görə, həm Birləşmiş Krallıq, həm də digər Avropa ölkələri kütləvi qanunsuz miqrant axını fonunda sərhədlərinə nəzarəti itiriblər.

Böyük Britaniyanın Milli Statistika Xidmətinin məlumatına əsasən, 2023-cü ildə ölkəyə gələn və gedənlərin fərqini əks etdirən xalis miqrasiya 860 min nəfər təşkil edib. 2024-cü ilin nəticələrinə görə bu rəqəm 431 min nəfərə düşüb. Bu göstəricilər, hökumətin məlumatına əsasən, 2010-cu illərin ikinci yarısındakı orta illik 244 min nəfərlə müqayisədə xeyli yüksəkdir.

Qeyd edək ki, "Brexit" üzrə referendum 2016-cı il iyunun 23-də baş tutub. Səsvermədə iştirak edənlərin 51,9%-i Aİ-dən çıxmağa, 48,1%-i isə üzvlüyün davam etdirilməsinə səs verib. Uzun sürən danışıqlardan sonra Birləşmiş Krallıq 2020-ci il fevralın 1-nə keçən gecə Aİ-ni rəsmən tərk edib.

2021-ci il yanvarın 1-də isə keçid dövrü başa çatıb və Avropa İttifaqının hüquqi normaları artıq ölkəyə şamil olunmur. 2020-ci ilin dekabrında tərəflər "Brexit"dən sonrakı münasibətlərə dair razılıq əldə ediblər. Bu razılaşma mallar və xidmətlər üzrə kvota və tarifsiz azad ticarət zonasının, eləcə də Britaniya vətəndaşlarının Aİ ölkələrinə və əks istiqamətdə vizasız 90 günədək səfər imkanının qorunmasını nəzərdə tutur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri