“Britaniyalıların yarıdan çoxu Aİ yə qayıtmaq istəyir” − “Bloomberg”
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Böyük Britaniya sakinlərinin 50%-dən çoxu ölkənin Avropa İttifaqına qayıtmasını dəstəkləyəcək ki, bu da 10 il əvvəl keçirilən referendumun nəticələrinin dəyişdirilməsi demək olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” “Ipsos” tərəfindən aparılan ictimai rəy sorğusuna istinadən məlumat yayıb.
Sorğu göstərib ki, respondentlərin 52%-i seçim təklif olunarsa, Aİ-yə qayıtmağa hazırdır. Yalnız 33% Birləşmiş Krallığın Aİ xaricində daha yaxşı vəziyyətdə olduğuna inanır. Təxminən 10%-i qərarsızdır.
Tədqiqat göstərib ki, gənc britaniyalılar “Brexit”i yenidən müzakirə etməyə ən çox meyllidirlər, 55 yaşdan yuxarı respondentlərin yarıdan çoxu isə status-kvonun qorunmasını dəstəkləyir.
Sorğu 14-20 may tarixlərində 1137 respondentlə aparılıb.
Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 23 iyun 2016-cı ildə keçirilib. Britaniyalıların 51,9%-i Aİ-dən çıxmağın lehinə, 48,1%-i isə əleyhinə səs verib. Bir neçə illik danışıqlardan sonra Böyük Britaniya 1 fevral 2020-ci il gecəsi İttifaqdan çıxıb.
Bu mövzuda digər xəbərlər:Britaniyalıların yarıdan çoxu Londonun Ukraynaya yardımını dəstəkləyir
16 Sentyabr 2025 06:38
Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir
18 Aprel 2026 16:49
Britaniyalıların üçdə birindən çoxu ruhlara inandığını etiraf edir
31 Oktyabr 2025 12:23
Ermənilərin yarıdan çoxu Aİ yə can atır
29 Yanvar 2025 14:02
İslandiyalıların yarıdan çoxu Aİ yə qoşulmağa qarşı çıxıb
30 Avqust 2026 13:42
Baxış sayı:139
Bu xəbər 08 İyun 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















