Icma.az
close
up
RU
Britaniyanın Baş naziri immiqrasiya siyasətini sərtləşdirəcəyini açıqlayıb

Britaniyanın Baş naziri immiqrasiya siyasətini sərtləşdirəcəyini açıqlayıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

London, 12 may, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətinin yeni immiqrasiya planlarını təqdim edib.

AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, Baş nazir ölkənin immiqrasiya sisteminin daha da sərtləşdiriləcəyini və miqrasiya göstəricilərinin əhəmiyyətli dərəcədə azalacağını deyib.

Yeni təkliflərə əsasən, gələcəkdə vizaya müraciət edən şəxslər və onların yetkin ailə üzvləri üçün ingilis dili imtahanı məcburi olacaq. Həmçinin ölkədə daimi yaşayış statusu əldə etmək prosesi daha uzun müddəti əhatə edəcək. Baş nazir xaricdən gələn tibb bacısı və sosial qulluq işçilərinin sayının da azaldılmasını hədəfləyir.

Kir Starmerin açıqladığı tədbirlər əsasən qanuni miqrasiyanın azaldılmasına yönəlib. Lakin bu tədbirlər qanunsuz miqrasiya, o cümlədən kiçik qayıqlarla ölkəyə daxil olan şəxslərlə bağlı məsələləri əhatə etmir. Rəsmi statistikaya görə, Böyük Britaniyada 2024-cü ilin iyun ayına qədər olan bir il ərzində xalis miqrasiya (ölkəyə gələnlərlə gedənlər arasındakı fərq) 728 min nəfər təşkil edib.

Kir Starmer qeyd edib ki, 2019–2023-cü illər arasında xalis miqrasiya dörd dəfə artaraq tarixi maksimuma, illik təxminən bir milyon nəfərə çatıb. Bu rəqəmin demək olar ki, Birminqem şəhərinin əhalisi qədər olduğunu vurğulayan Baş nazir bunu idarəetmə deyil, xaos adlandırıb. O əlavə edib ki, bu nəticə təsadüfi deyil və bunu əvvəlki hökumətin siyasətinin nəticəsi olduğunu vurğulayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri