Britaniyanın məşhur çimərliyinə giriş bağlanıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
London, 17 avqust, AZƏRTAC
Böyük Britaniyanın məşhur çimərliklərindən biri hesab edilən və BBC-nin məşhur “Poldark” serialında nümayiş etdirilən Kornuoldakı Pedn Vounder çimərliyinə giriş təhlükəsizlik səbəblərinə görə məhdudlaşdırılıb.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Kornuolda yerləşən və füsunkar mənzərəsi, şəffaf firuzəyi suları ilə tanınan bu sahilə gedən yol “National Trust” fondu tərəfindən bağlanıb.
Adətən yay mövsümündə turistlərlə dolu olan bu sakit çimərliyə aparan uçurum yolunun girişinə qırmızı xəbərdarlıq lövhəsi qoyulub. Bildirilib ki, yolun bəzi hissələri eroziya nəticəsində dağılıb, dik yamaclar yaranıb və sahilə eniş isə təxminən altı metrlik şaquli qayadan ibarət olub. Buna görə də insanların təhlükəsizliyinə görə, giriş müvəqqəti dayandırılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Avqust 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















