Britaniyanın sanksiyaları iki ölkə arasında dostluğa xələl gətirir Gürcüstan XİN
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniyanın Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir Vaxtanq Qomelauriyə qarşı sanksiyaları iki ölkə arasında dostluğa xələl gətirir.
Azpost.info xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Böyük Britaniya səfiri Qaret Uordla görüşündə deyib.
“Görüşdə gürcü tərəfi Böyük Britaniyanın gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsindən narahatlığını ifadə edib, bu cür hərəkətlərin iki ölkə arasında mövcud dostluğa xələl gətirdiyini bəyan edib”, – Gürcüstan XİN-in məlumatında deyilir.
Boçorişvili həmçinin Xarici İşlər Nazirliyinə çağırılan səfirə deyib ki, Gürcüstanda baş verən proseslərin obyektiv və qərəzsiz qiymətləndirilməsi xüsusilə vacibdir.
Görüşün sonunda tərəflər Tbilisi ilə London arasında əməkdaşlığın əvvəlki dinamikasına qayıdacağına ümidvar olduqlarını bildiriblər.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 20 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















