Britaniyanın Ukraynaya “Storm Shadow” raketləri göndərməməsinin səbəbi məlum oldu
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniyanın Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli “Storm Shadow” raketlərinin tədarükünü dayandırması təchizat çatışmazlığı ilə bağlı ola bilər.
"Ölkə.az" xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Britaniya ordusunun komandanlığı çox güman ki, ölkənin müdafiəsi üçün vacib ehtiyatlar hesabına silah ötürmək istəmir.
Adı açıqlanmayan mənbələr qəzetə bildiriblər ki, London raketlərin ötürülməsinin Rusiya ərazisinə hücumlar üçün istifadə edilə bilməməsi səbəbindən səmərəsiz olması ilə bağlı mövqeyini ifadə edir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya Qərb silahları ilə zərbələr endirməsinə dair qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etdiyi açıqlanıb. ABŞ, bunun döyüşlərə məhdud təsir göstərəcəyini və münaqişənin gərginləşməsi riskinə dəyməyəcəyini bəyan edib.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















