Britaniyanın XİN rəhbəri yeni yardımı açıqlamaq üçün Kiyevə getdi
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi fevralın 5-də Ukraynaya gedib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı açıqlayıb.
Məlumata görə, XİN rəhbəri Ukraynaya yeni yardımı elan edəcək
Bu, Lemminin 2024-cü ilin iyulunda Böyük Britaniyanın Xarici İşlər Naziri vəzifəsinə təyin olunmasından sonra Ukraynaya ikinci səfəridir. Səfər zamanı o, prezident Volodimir Zelenski və digər hökumət rəsmiləri ilə görüşəcək.
Britaniya hökumətinin verdiyi məlumata görə, Lemmi daha 55 milyon funt-sterlinq (təxminən 68,7 milyon dollar) maliyyə dəstəyi ayrılacağını elan edəcək.
Ağarza Elçinoğlu

Böyük Britaniyanın XİN rəhbəri Kiyevə səfər edib
05 Fevral 2025 11:40
Böyük Britaniyanın XİN başçısı Kiyevə gedəcək
12 Sentyabr 2025 10:34
Almaniya XİN rəhbəri Kiyevə getdi
01 Aprel 2025 14:52
Yaponiya XİN rəhbəri Kiyevə getdi
16 Noyabr 2024 08:48
İspaniya XİN rəhbəri Kiyevə getdi
28 Yanvar 2025 16:15

