Britni Spirs 12 ay müddətinə şərti azadlıqdan məhrum edildi
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amerikalı müğənni Britni Spirs sərxoş halda avtomobil idarə etdiyinə görə 12 ay şərti cəzaya məhkum edilib.
Axşam.az xəbər verir ki, bu qərarı bu gün Ventura dairəsinin Ali Məhkəməsi çıxarıb.
44 yaşlı müğənni real həbs cəzasından yayına bilib, çünki o, bununla bağlı günahını etiraf edib.
Spirsə həmçinin 571 dollar məbləğində cərimə və bir günlük həbs cəzası verilib. Bu müddət istintaq dövründə artıq çəkilmiş hesab olunub.
Bundan əlavə, ifaçıya üç aylıq reabilitasiya kursu keçmək, hər həftə psixoloqa getmək və ayda iki dəfə psixiatrla görüşmək tapşırılıb. Ona həmçinin zərurət olduqda axtarış və nəqliyyat vasitəsinin müsadirəsinə razı olmaq öhdəliyi qoyulub, dərmanları isə yalnız etibarlı resept əsasında yanında saxlaya bilər.
Məhkəmə iclasında Spirs şəxsən iştirak etməyib, onun maraqlarını vəkil Maykl Qoldşteyn təmsil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 May 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















