Britni Spirsin keçmiş ərindən ETİRAF: Evliliklərində onu nə şoka salıb
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Britni Spirsin keçmiş əri onların evliliyində onu ən çoxa salan şeyin nə olduğunu etiraf edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Sem Asqari Britni Spirs ilə münasibətlərində ən çətin şeyin onun uzun müddətlik qəyyumluq altında yaşaması olduğunu bildirib.
O, həyat yoldaşının uzun illər ərzində atasının sərt nəzarəti altında yaşaması olduğunu etiraf edib.
“Mən Amerikada olduğumu düşünürdüm. İzah edin, 18 yaşdan yuxarı bir insanın bir şey etmək üçün valideynlərindən icazə alması nə deməkdir?" – Asqari podkastda bildirib.
Onun sözlərinə görə, o, Britniyə mümkün olduğu qədər dəstək verməyə çalışıb, amma bu vəziyyət asan olmayıb.
Xatırladaq ki, Britni Spirs 2008-ci ildən 2021-ci ilə qədər atasının, Ceymi Spirsin qəyyumluğu altında olub. Bu müddətdə o, həyatına və karyerasına tam nəzarət edib.
Əvvəlcə bildirilmişdi ki, son illərdə oğulları ilə çətin münasibətlərdə olan Britni Spirs, nəhayət, onlarla birləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 30 Yanvar 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















