Britni yaşadığı ağır günlərdən danışdı
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikalı müğənni Britni Spirs üzərində illər ərzində tətbiq olunan qəyyumluğun ona vurduğu zərərdən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədəki paylaşımında söz açıb. O, qəyyumluq dövründən sonra insanlara olan hörmətini itirdiyini bildirib.
“İnsanlara nə qədər hörmət etdiyim günlər üçün darıxıram. Kiminləsə birlikdə olanda aramızda müqəddəs olan, dərin və səmimi bir bağlılıq vardı. Hələ də insanların qəyyumluq dövründə ürəyimə və ruhuma nə böyük zərər vurulduğunu anlamadıqlarını hiss edirəm”, deyə Britni yazıb.
44 yaşlı müğənni hazırkı həyatından məmnun olduğunu və keçmişdə yaşananlara baxmayaraq yeni həyata başladığı üçün qürur duyduğunu qeyd edib.
“Düşünürəm ki, həmin müddətdə insanlara yanaşarkən sahib olduğum o müqəddəs hissi itirdim. Çünki daxilən çox həssas və utancaq insan idim. Qurduğum səmimi münasibətlər üçün darıxıram. Açığı, özümü robot, maşın kimi hiss edirdim. Şükürlər olsun ki, hər şey geridə qaldı”, deyə sənətçi bildirib.
Qeyd edək ki, Britni Spirs 2008-ci ildə psixoloji problemləri səbəbindən atasının qəyyumluğuna verilib. Müğənni 2021-ci ilin noyabrına qədər qəyyumluq altında olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 31 Avqust 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















