Icma.az
close
up
RU
Brnoda görmə qabiliyyəti məhdud olan rəssamların sərgisi açılıb

Brnoda görmə qabiliyyəti məhdud olan rəssamların sərgisi açılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Praqa, 13 oktyabr, AZƏRTAC

Bu gün Brno şəhərindəki “Galerie HaDivadlo” sərgi salonunda görmə qabiliyyəti məhdud olan rəssamların yaradıcılığına həsr olunmuş “Əl toxunuşu ilə sənət” adlı unikal sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, layihə Çexiya Görmə Qabiliyyətini İtirmiş və Zəif Olanlar İttifaqının şəhər rəhbərliyi ilə birgə təşkilatçılığı şəraitində həyata keçirilib. Sərginin məqsədi vizual qavrayışın sənətdə tək ilham və özünüifadə mənbəyi olmadığını nümayiş etdirməkdir.

Sərgidə heykəltaraşlıq və toxunma rəssamlığından tutmuş səs və teksturadan istifadə edərək multimedia instalyasiyalarına qədər müxtəlif texnikalarda yerinə yetirilən əllidən çox əsər nümayiş etdirilib. Ziyarətçilər həm eksponatlara baxa, həm də onlara toxuna bilərlər ki, bu da sərgini hər kəs, o cümlədən görmə qabiliyyəti məhdud olanlar üçün əlçatan edir.

Açılışda Brno merinin mədəniyyət məsələləri üzrə müavini Petra Qorakova iştirak edib. O, çıxışında vurğulayıb ki, layihə rəssamlarla tamaşaçılar arasında maneələri aradan qaldırmağa kömək edir: “Bu əsərlər göstərir ki, incəsənət sadəcə bir şəkil deyil, hər şeydən əvvəl hissdir”.

Sərgi noyabrın 10-dək davam edəcək, əlilliyi olan şəxslər və incəsənət fakültələri tələbələri üçün isə giriş pulsuzdur. Təşkilatçılar, həmçinin bir sıra ustad-dərsləri keçirməyi planlaşdırırlar, burada iştirakçılar görmə qabiliyyətini itirmiş rəssamların rəhbərliyi altında öz toxunma rəsmlərini yaratmağa cəhd edə bilərlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri