“Bruklin”in NBA tarixində son on ilin ən aşağı xal göstəricisi qeydə alınıb
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
NBA-nin 2025/2026 mövsümünün müntəzəm çempionatı çərçivəsində növbəti oyun keçirilib.
İdman.Biz xəbər verir ki, “Nyu-York Niks” öz meydanında “Bruklin Nets”i qəbul edib.
Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 120:66.
Qeyd edək ki, “Bruklin”in topladığı 66 xal son on il ərzində NBA-də bir komandanın ayrı-ayrı oyunda göstərdiyi ən zəif nəticə olub. Müqayisə üçün bildirək ki, 2016-cı ildə “Dallas Maveriks” “Memfis Qrizlis”lə oyunda cəmi 64 xal toplamışdı (64:80).
Həmin vaxtdan bəri 66 xalla “Bruklin” liqada son on ilin ən aşağı məhsuldarlığını nümayiş etdirib. Bundan əlavə, 2025-ci ilin yanvarında “Los-Anceles Klippers”lə keçirilən oyunda “Nets”in cəmi 67 xal toplaması (67:126) da bu dövr ərzində liqanın bütün klubları arasında ikinci ən zəif göstərici kimi qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 22 Yanvar 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















