Icma.az
close
up
RU
Bruno Akrapoviç: “Qarabağ”la matçlar keçmiş komandam üçün dərs oldu MÜSAHİBƏ

Bruno Akrapoviç: “Qarabağ”la matçlar keçmiş komandam üçün dərs oldu MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Şimali Makedoniyanın “Şkendiya” komandasının sabiq baş məşqçisi Bruno Akrapoviçin AZƏRTAC-a müsahibəsi

- Sabiq komandanız “Şkendiya” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq (ümumi hesab 1:6) mübarizəni dayandırdı. Bu barədə nə deyə bilərsiniz?

- Açığı, hər iki oyunu çox izləmək fürsətim olmadı. Sonradan icmallara baxdım. Əvvəldən hər kəsə məlum idi ki, “Qarabağ” cütün favoritidir, güclü komandadır. Heyətində keyfiyyətli futbolçuları var. Azərbaycan çempionu ilə matçlar “Şkendiya” üçün dərs oldu. Ümid edirəm ki, onlar növbəti qarşılaşmalarda daha yaxşı oynayar, səhvlər etməzlər.

- Bu matçlarda “Qarabağ”ın heyətində hansı futbolçuları fərqləndirərdiniz?

- Dediyim kimi, “Qarabağ”ın heyətində keyfiyyətli yerli və legioner oyunçular var. Onlardan Kevin Medina, Leandro Andrade və Nəriman Axundzadəni qeyd edərdim.

- Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə üz-üzə gələcək. Şansları necə qiymətləndirirsiniz?

- Mən “Ferensvaroş”un “Ludoqorets”lə ilk görüşünü izləmişdim. Düzdür, oyun qolsuz heç-heçə ilə başa çatsa da, macarlar yaxşı mübarizə aparmışdılar. “Qarabağ” üçün çətin rəqibdir. Lakin mümkünsüz heç nə yoxdur. Fikrimcə, komandanız Liqa mərhələsinə yüksələ bilər.

- 2016-cı ildə Şimali Makedoniya klubunda işlədiyiniz dönəmdə Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşmışdınız. Həmin görüşlər xatirinizdə necə qalıb?

- Bəli, çox yaxşı xatırlayıram. “Neftçi”nin həmin dövrdə heyətində gənc futbolçular çoxluq təşkil edirdi. Özü də hamısı keyfiyyətli oyunçular idi. Hər iki qarşılaşmada şanslar bərabər idi. Sonda bəxt bizim tərəfimizdə oldu və qalib gəldik.

- Maraqlıdır, indiyədək Azərbaycan klublarından təklif almısınız?

- İki-üç il əvvəl menecer vasitəsilə Azərbaycan klublarına təklif olunmuşdum.

- Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?

- Birinci növbədə “Qarabağ”ın baş məşqçisi, veteran futbolçu Qurban Qurbanovun adını qeyd edərdim. Hazırda onun komandasında oynayan Bədavi Hüseynov və Bəhlul Mustafazadə mənə tanış futbolçulardır. Bundan başqa, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov haqqında da məlumatım var.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Avqust 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri