Icma.az
close
up
RU
Bruqada sindromu Gənclərdə qəfil ölümün səbəbi bu imiş

Bruqada sindromu Gənclərdə qəfil ölümün səbəbi bu imiş

Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.


Bruqada sindromu gənclərdə heç bir xəbərdarlıq əlaməti verməyən bir çox ani ürək ölümünə səbəb olur.

“Medicina” xəbər verir ki, “Metallurq” xokkey klubunun keçmiş oyunçusu Kirill Lebedev 33 yaşında qəflətən dünyasını dəyişib.

Kütləvi informasiya vasitələri keçmiş xokkeyçinin uşaqlarını məktəbə apardıqdan sonra avtomobilində qəfildən pisləşib vəfat etdiyini yazır.

Hadisə şahidləri dərhal təcili yardım çağırıb, lakin gələn həkimlər gəncin ölümünü təsdiq edə biliblər.

Gənc və zahirən sağlam insanlarda qəfil ölüm hallarının çoxunun arxasında nadir, lakin ciddi ürək xəstəliyi durur.

Xəstəlik irsi xarakter daşıyır, otosomal dominant şəkildə miras alınır: yəni bunun baş verməsi üçün bir gendə dəyişiklik kifayətdir - adətən bu, ürəkdəki natrium kanalından məsul SCN5A genidir. Natrium kanalı ürək əzələsində elektrik siqnallarının ötürülməsi üçün vacibdir.

Bu gendə olan mutasiyalar onun funksiyasını pozur, ürək aritmiyalarına səbəb olur. Məhz ağır aritmiyanın inkişafı nəticəsində Bruqada sindromlu insanlar ölür.

Simptomlar çox vaxt qeyri-spesifikdir və fərqli ola bilər. Bu vəziyyəti olan bəzi insanlarda praktiki olaraq heç bir simptom yoxdur, digərləri isə ürək ritmində ciddi pozğunluqlar yaşayır.


Xəstəliyin ən çox görülən təzahürləri bunlardır:

Bayılma - istirahətdə olarkən insan qəflətən özünü pis hiss edə, başgicəllənmə və huşunu itirə bilər;

Ürək çarpıntıları - bir şəxs nizamsız ürək döyüntüləri ilə qarşılaşa bilər;

Nəfəs darlığı, nəfəs almaqda çətinlik;

Tərləmə - Bruqada sindromu yuxu zamanı həddindən artıq tərləmə ilə xarakterizə olunur;

Solğunluq.

Bəzi amillər Bruqada sindromunun simptomlarını pisləşdirə və nəticədə daha ağır pozğunluqlara səbəb ola bilər.

Qızdırma - bu vəziyyətdə yüksək bədən istiliyi natrium kanalının funksiyasının əhəmiyyətli dərəcədə pisləşməsinə və beləliklə, ağır ürək aritmiyasına səbəb ola bilər.

Dərman qəbulu - Bəzi dərmanlar həmçinin Bruqada sindromunuz varsa, həyat üçün təhlükə yarada bilən ağır ürək aritmiyasına səbəb ola bilər.

Patologiyanı hər hansı bir xarici təzahürlə müəyyən etmək problemlidir, xəstələrin əksəriyyətində spesifik əlamətlər yoxdur (məsələn, huşunu itirmə yalnız təxminən 20% hallarda baş verir).

Mövcud sindromu EKQ-nin təhlili ilə müəyyən etmək olar ki, bu da ürəkdə bu xəstəliyə xas olan gizli dəyişiklikləri aşkar etməyə imkan verir. EKQ müayinəsinə əlavə olaraq, SCN5A genində və ya digər əlaqəli genlərdə mutasiyaları axtarmaq üçün genetik testlər aparıla bilər.



Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 27 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri