Brüssel hava limanında tətil səbəbindən uçuşların yarısı ləğv edilə bilər
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Brüssel, 29 aprel, AZƏRTAC
Belçikada planlaşdırılan ümummilli həmkarlar ittifaqları aksiyasına baxmayaraq, mayın 12-də Brüssel hava limanından uçuşların təxminən yarısının həyata keçirilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Brussels Times” nəşri məlumat yayıb.
Hava limanının qiymətləndirməsinə görə, eyni gündə planlaşdırılan reyslərin digər hissəsi ləğv olunacaq. Tətil federal hökumətin siyasətinə qarşı təşkil olunur və son aylarda baş verən oxşar aksiyaların davamıdır.
Hava limanı və aviaşirkətlər mümkün qədər çox reysin saxlanılması üçün koordinasiya aparır. Sərnişinlərə isə gecikmə və ləğvlərlə bağlı əvvəlcədən məlumatları yoxlamaq tövsiyə olunur.
Ekspertlər qeyd edirlər ki, Belçikada son illərdə keçirilən tətil aksiyaları mütəmadi olaraq aviasiya sektorunda ciddi pozuntulara səbəb olur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Aprel 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















