Icma.az
close
up
RU
Brüsseldə Avropa müdafiə sənayesinin nümayəndələri ilə ilk strateji dialoq keçirilib

Brüsseldə Avropa müdafiə sənayesinin nümayəndələri ilə ilk strateji dialoq keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Berlin, 12 may, AZƏRTAC

Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin sədrliyi ilə Avropa müdafiə sənayesinin nümayəndələri ilə ilk strateji dialoq keçirilib.

AZƏRTAC Avropa Komissiyasının saytına istinadla xəbər verir ki, U.Leyen çıxışında sürətlə dəyişən geosiyasi şəraitdə Avropanın təhlükəsizliyinin təmin olunmasında qitənin müdafiə sənayesinin həlledici rolunu vurğulayıb. O, qeyd edib ki, Avropanın müdafiə sənayesi geniş miqyasda və sürətlə cavab vermək imkanına malik olmalıdır. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra sənayenin istehsal gücünün əhəmiyyətli dərəcədə artırılmasını və yeni istehsal xətlərinin istifadəyə verilməsini yüksək qiymətləndirən Avropa Komissiyasının sədri bu sahənin qarşılaşdığı davamlı struktur problemlərinə də toxunub. O, bu baxımdan tələb və təklif uyğunsuzluğu, normativ maneələri, xammala və maliyyə vəsaitlərinə çıxış imkanlarındakı çətinlikləri, sürətli texnoloji dəyişiklərlə ayaqlaşma, ixtisaslı işçi qüvvəsinə ehtiyac məsələlərini xüsusi vurğulayıb.

Müzakirələrdə bu problemlərin həlli məqsədilə Avropa Komissiyasının sənaye nümayəndələri ilə sıx əməkdaşlığın vacibliyi qeyd olunub. U.Leyen müdafiə sənayesinin nümayəndələrini 2025-ci ilin iyununda təqdim ediləcək “Müdafiə Omnibus” paketinin hazırlanmasına töhfə vermələri üçün təkliflərini verməyə dair çaölrlç edib. Bu paketdə sertifikatlaşdırma, icazələr, birgə satınalma çərçivələri və digər məsələlərə dair qaydaların sadələşdirilməsi nəzərdə tutulur.

Avropa müdafiə sənayesinin nümayəndələri əsas sahələr, o cümlədən sərmayələrin cəlb edilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, innovasiya və texnoloji tərəqqinin təşviqi, təchizat zəncirlərinin təhlükəsizliyi və kadr potensialına investisiya qoyuluşuna dair müzakirələr aparıblar.

Görüşdə Avropa müdafiə sənaye bazasının daha da gücləndirilməsi barədə intensiv əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

İlk strateji dialoqda qitənin ən nüfuzlu 20 müdafiə sənayesi şirkəti, o cümlədən “Airbus”, “Leonardo”, “Thales”, MBDA, “Naval Group” şirkəti təmsil edilib.

Qeyd edək ki, son geosiyasi dəyişikliklər fonunda Avropada təhlükəsizliyin təmin olunmasında qitənin müdafiə sənayesinin əhəmiyyəti getdikcə daha böyük önəm daşıyır. Eyni zamanda, Avropanın rəqabətqabiliyyətliliyinin əsas sütunlarından birini təşkil edən müdafiə sənayesi həm də 800 min birbaşa və dolayı iş yeri imkanı təmin etməklə yanaşı, ixracı artırılmasında və innovasiyaların tətbiqi baxımından da önəmlidir. Avropa Komissiyasının “Readiness 2030” (Hazırlıq 2030) planı Avropa müdafiə sənaye bazasını gücləndirməyə və 800 milyard avro dəyərində sərmayənin önünü açmağa yönəlib. Bu plan birgə satınalmaları stimullaşdırır və müdafiə xərclərinin daha böyük hissəsinin Avropada qalmasını təmin edir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri