Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Brüsseldən İrəvana yeni mesaj

Brüsseldən İrəvana yeni mesaj

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AP deputatı Ermənistanın Aİ-yə gedən yoluna kötük atdı

Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi həm ölkə daxilində, həm də xaricdə çoxsaylı müzakirələrə yol açıb. Rəsmi İrəvan son illərdə bu istiqamətdə Brüssellə siyasi və iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır. Bununla yanaşı, ölkənin Aİ-yə inteqrasiya perspektivləri ilə bağlı həm Avropa paytaxtlarında, həm də Ermənistanda fərqli yanaşmalar mövcuddur.

Bir sıra erməni ekspertlər Ermənistanın qarşısında duran geosiyasi və iqtisadi məhdudiyyətlərin bu prosesi çətinləşdirdiyini vurğulayırlar. Digərləri isə hesab edirlər ki, Aİ ilə münasibətlərin dərinləşməsi tamhüquqlu üzvlükdən daha çox tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir. Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Fernan Karthayzerin son açıqlaması göstərir ki, Avropa İttifaqında da Ermənistanın yaxın perspektivdə üzvlüyü ilə bağlı ehtiyatlı yanaşma üstünlük təşkil edir. Deputat “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Ermənistanın ittifaqa üzvlüyü məsələsi hələ də daha çox nəzəri xarakter daşıyır və respublikanın 2030-cu ilə qədər birliyə qoşulması real görünmür. Bu fikri Lüksemburqdan olan Avropa Parlamenti deputatı Fernan Karthayzer “İzvestiya” qəzetinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Ermənistan Aİ-də müəyyən rəğbətlə qarşılanır və İrəvanla birlik arasındakı rəsmi münasibətlər tədricən dərinləşməkdə davam edir. Lakin avroparlamentari qeyd edib ki, üzvlük məsələsi hələ də əsasən hipotetik xarakter daşıyır: “Ermənistanın coğrafi mövqeyini və qonşularından ən azı biri ilə mürəkkəb münasibətlərini nəzərə alsaq, bu namizədlik bir çox suallar doğurur. Son illərdə Aİ ilə Ermənistan arasında münasibətlər davamlı şəkildə yaxşılaşsa da, ölkənin 2030-cu ilə qədər birliyə üzv olması ehtimalı azdır. Hazırda Aİ prioritet qaydada Balkan ölkələrindən olan namizədlərlə bağlı məsələlərlə, eləcə də Ukrayna və Moldovanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı həllini gözləyən problemlərlə məşğuldur”, – deyə Karthayzer bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Ermənistanla əməkdaşlığın genişləndirilməsi daha məqsədəuyğun olardı. Bu əməkdaşlıq ölkənin iqtisadiyyatının gücləndirilməsinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edə bilər. Karthayzer qeyd edib ki, Ermənistan, məsələn, İranla uzun illərə söykənən münasibətləri sayəsində Aİ-nin xarici siyasəti baxımından da mühüm tərəfdaşa çevrilə bilər: “Əməkdaşlıqda müşahidə olunan müsbət dinamikaya baxmayaraq, Ermənistanın yaxın perspektivdə Aİ-yə üzv olması üçün hələlik kifayət qədər real zəmin mövcud deyil”.

***

Avroparlament deputatının Ermənistanın Aİ-yə üzvlük perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər ilk baxışdan texniki və siyasi qiymətləndirmə təsiri bağışlasa da, onun siyasi fəaliyyəti və son illərdə nümayiş etdirdiyi mövqe bu bəyanatlara daha geniş çərçivədə yanaşmağı zəruri edir. Çünki Karthayzer Avropa siyasətində ənənəvi Aİ xəttindən fərqlənən və bir çox hallarda Rusiyanın maraqlarına yaxın mövqeləri ilə tanınan siyasətçilərdən biri hesab olunur. Məlum olduğu kimi, Ermənistanın Aİ-yə inteqrasiyası məsələsi təkcə hüquqi və iqtisadi meyarlarla məhdudlaşmır. Bu mövzu həm də ciddi geosiyasi məzmun daşıyır. Məhz buna görə də bu istiqamətdə səsləndirilən fikirlərin müəllifinin siyasi baxışları və indiyədək tutduğu mövqe xüsusi əhəmiyyət kəsb edir. F.Karthayzer uzun müddətdir Aİ-nin Rusiyaya münasibətdə formalaşdırdığı ümumi siyasi xəttə tənqidi yanaşan şəxslər sırasında yer alır. Karthayzer daha əvvəl də Aİ-nin vahid mövqeyinə zidd çıxışları ilə diqqət çəkib. O, müxtəlif vaxtlarda Moskvaya münasibətdə daha yumşaq yanaşmanın tərəfdarı kimi çıxış edib, Rusiyaya qarşı sərt siyasətin effektivliyini sual altına alıb. Bu səbəbdən onun bəyanatları Avropa siyasi dairələrində birmənalı qarşılanmayıb. Bir çox hallarda səsləndirdiyi fikirlər Aİ-nin strateji yanaşmaları ilə üst-üstə düşməyib və bu da onun siyasi baxışlarının ümumi Avropa xəttindən fərqləndiyini göstərib. Karthayzerin Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı son açıqlamalarına da məhz bu çərçivədə baxmaq lazımdır. Şübhəsiz ki, Ermənistanın yaxın illərdə Aİ-yə qəbul olunması ilə bağlı obyektiv çətinliklər mövcuddur. Coğrafi amillər, regiondakı təhlükəsizlik vəziyyəti, iqtisadi uyğunlaşma, Avropa standartlarına cavab vermək problemləri və Aİ-nin genişlənmə siyasətindəki mövcud reallıqlar bunu göstərir. Lakin Karthayzerin mövqeyi təkcə bu amillərlə izah olunmur. Onun siyasi fəaliyyəti nəzərə alındıqda, səsləndirdiyi fikirlərin müəyyən ideoloji və geosiyasi baxışların təsiri altında formalaşdığı qənaəti də yaranır.

Başqa sözlə, Karthayzerin Ermənistanın Aİ-yə üzvlüyünü şübhə altına alan açıqlamaları sırf ekspert rəyi və ya neytral siyasi qiymətləndirmə kimi deyil, həm də onun uzun illər ərzində nümayiş etdirdiyi siyasi xəttin davamı kimi qiymətləndirilə bilər. Çünki rəsmi Brüsselin Rusiyaya qarşı mövqeyini mütəmadi şəkildə tənqid edən, Moskvaya münasibətdə daha loyal yanaşmanı müdafiə edən və bu səbəbdən öz siyasi qrupundan belə uzaqlaşdırılan bir siyasətçinin bəyanatları təbii olaraq əlavə suallar doğurur. Bu baxımdan avroparlamentarinin Ermənistanın Aİ perspektivləri ilə bağlı son fikirlərinin obyektiv təhlildən daha çox onun siyasi mövqeyinin ifadəsi kimi qəbul edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Onun indiyədək nümayiş etdirdiyi fəaliyyət göstərir ki, Karthayzer Avropa İttifaqının ümumi siyasi kursundan fərqli yanaşmalar sərgiləyən və Rusiyaya münasibətdə daha yaxın mövqe tutan siyasətçilərdən biri olaraq qalır.

Onu da qeyd etmək lazımdır ki, F.Karthayzer son illərdə Rusiya mediasında ən çox istinad edilən Avropa siyasətçilərindən birinə çevrilib. O, mütəmadi olaraq Rusiya mətbuatına müsahibələr verir, Kremlin xarici siyasət gündəmi ilə səsləşən mövzular ətrafında şərhlər səsləndirir. Təsadüfi deyil ki, onun bəyanatları Rusiyanın aparıcı informasiya resurslarında geniş şəkildə işıqlandırılır və tez-tez Qərb daxilində alternativ mövqenin nümayəndəsi kimi təqdim olunur. Karthayzer xüsusilə Ukrayna müharibəsi, Rusiyaya qarşı sanksiyalar, Aİ-nin təhlükəsizlik siyasəti və Moskva ilə münasibətlər kimi həssas məsələlərdə Brüsselin mövqeyindən fərqlənən fikirlər irəli sürür. Bu isə onun Rusiya mediasında daha çox görünməsinə şərait yaradır. Əslində, Kremlin informasiya siyasəti üçün Qərbdən olan, lakin ümumi Avropa xəttini tənqid edən siyasətçilərin fikirləri xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də Karthayzerin açıqlamaları Rusiya informasiya məkanında geniş auditoriyaya çatdırılır. Bu reallıq fonunda onun Ermənistanın Aİ-yə üzvlük perspektivləri barədə səsləndirdiyi fikirlərə də uzun illər formalaşmış siyasi baxışlarının davamı kimi yanaşmaq mümkündür. Onun indiyədək tutduğu mövqe göstərir ki, Karthayzer bir çox hallarda Rusiyanın maraqları ilə uzlaşan yanaşmalar sərgiləyən Avropa siyasətçiləri sırasında yer alır.

S.NAZİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri