Icma.az
close
up
RU
Brüsseli Bakı ilə hesablaşmağa vadar edən SƏBƏBLƏR

Brüsseli Bakı ilə hesablaşmağa vadar edən SƏBƏBLƏR

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Bunu Ölkə.az-a açıqlamasında sabiq deputat İltizam Yusifov deyib.

Qlobal silkələnmə Brüsseli yeni marşrut axtarışına çıxardı

 İ. Yusifov bildirib ki, Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik arxitekturasını sarsıtdı, enerji və logistika xəritəsini dağıtdı, ənənəvi ticarət və nəqliyyat kanallarını risk zonasına çevirdi: “Ardınca Körfəz bölgəsindəki gərginliklər və Yaxın Şərqdə dərinləşən qarşıdurmalar qlobal tədarük zəncirlərinə, dəniz marşrutlarına, enerji bazarına və Avropanın Şərqlə iqtisadi əlaqələrinə yeni zərbə vurdu. Artıq Brüsseldə heç kim əvvəlki dünyanın geri qayıdacağına inanmır. Yeni geosiyasi reallıq Avropanı alternativ marşrutlar, alternativ enerji mənbələri və alternativ strateji tərəfdaşlar axtarmağa məcbur edir.

Məhz bu məqamda Azərbaycan faktoru bütün ağırlığı ilə önə çıxır. Çünki Prezident İlham Əliyevin illərdir  qlobal çaöırışlara uyğun məqsədyönlü şəkildə həyata keçirdiyi çevik siyasət, enerji marşrutlarının şaxələndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin qurulması, Şərq-Qərb və Şimal-Cənub bağlantılarının inkişafı, Xəzər üzərindən Orta Dəhlizin gücləndirilməsi, liman, dəmir yolu, logistika və rəqəmsal infrastrukturun genişləndirilməsi  nəticədə bu gün qlobal böhranların fonunda Avropa üçün sadəcə faydalı deyil, strateji əhəmiyyətli çıxış yoluna çevrilib.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də Avrasiya məkanında etibarlı tranzit, bağlantı və əməkdaşlıq mərkəzidir. Son illər Bakının yaratdığı nəqliyyat, enerji və logistika infrastrukturu göstərdi ki, Cənubi Qafqaz artıq periferik məkan deyil, qlobal ticarət yollarının, enerji təhlükəsizliyinin və Avropa-Asiya bağlantılarının əsas düyün nöqtələrindən birinə çevrilir. Brüssel də məhz buna görə Azərbaycanı “alternativlərdən biri” kimi deyil, ən sərfəli, ən real və ən işlək geostrateji platforma kimi görməyə başlayıb”.

O əlavə edib ki, bu gün Brüsseli Bakı ilə hesablaşmağa vadar edən səbəblər aydındır: “Birincisi, Rusiya-Ukrayna müharibəsi və Körfəz böhranı Avropanı yeni logistika, enerji və ticarət marşrutları axtarmağa məcbur edib və bu axtarışın ən real cavabı Azərbaycandır. İkincisi, Bakı regionda dayanıqlı sülhün, təhlükəsizliyin və inteqrasiyanın əsas aktoruna çevrilib. Üçüncüsü, Ermənistanın belə sabit və müstəqil gələcəyi Azərbaycanla normallaşmadan keçir. Dördüncüsü, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yalnız bugünün qaz tərəfdaşı yox, sabahın yaşıl enerji dayağına çevrilir. Beşincisi, Bakı Avropanı Türk dünyası, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə birləşdirən strateji qapıdır.

Bütün bunların fonunda Ursula fon der Lyayenin Cənubi Qafqaz səfərinin əsas siyasi mesajı budur: Avropa artıq Cənubi Qafqazda kimin gündəm qurduğunu, kimin marşrut çəkdiyini, kimin enerji və bağlantı xəritəsini formalaşdırdığını anlayır. Bu anlayış Brüsseli Bakı ilə yaxınlaşmağa, əməkdaşlığı dərinləşdirməyə və Azərbaycanın yaratdığı reallıqla hesablaşmağa məcbur edir. Çünki yeni dövrdə Avropa üçün Azərbaycan sadəcə tərəfdaş deyil, Şərqlə Qərb arasında strateji bağlantının, regional sülhün və geoiqtisadi təhlükəsizliyin əsas dayağıdır”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyul 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri