Brüsselin Putinlə danışıqlar təklifinə Kremldən cavab
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kreml Brüsselin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmaq təklifinə müəyyən şərtlər daxilində müsbət cavab verib.
Ölkə.az xəbər verir ki, bu barədə açıqlama verən RF prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinin Aİ ilə danışıqlara hazırdır, lakin burada bir nüans var.
Peskob bildirib ki, Putin hər kəslə danışıqlara hazırdır. O, bunu dəfələrlə bildirib. “Avropalılar hazır olduğu müddətcə dialoqumuzda irəliləməyə hazırıq. Lakin Putinin dəfələrlə bildirdiyi kimi, biz avropalıların mövqeyinə əsasən bu cür əlaqələr qurmayacağıq", - o vurğulayıb.
Peskov hesab edir ki, Avropa hökumətləri ilk addımı atmalıdır, çünki Ukrayna ilə müharibə başladıqdan sonra 2022-ci ildə Moskva ilə əlaqələri kəsənlər məhz onlar idi. Peskov əlavə edib: "Rusiya tərəfi Aİ ilə münasibətlərimizin tamamilə kəsilməsi təşəbbüsünü irəli sürməyib. Bu, Brüssel və ayrı-ayrı Avropa paytaxtları tərəfindən irəli sürülüb".
Qeyd edək ki, Avropa Şurasının prezidenti Antonio Kosta Avropa İttifaqının (Aİ) Putinlə danışıqlar aparmasına inanır və Ukrayna Prezidenti Vladimir Zelenski də bur məsələyə dəstək verir.
Kosta bildirib ki, işimizi təşkil etməyin ən yaxşı yolunu müəyyən etmək və vaxtı çatanda Rusiya ilə əslində nə barədə danışmalı olduğumuzu aydınlaşdırmaq üçün 27 Aİ lideri ilə danışıqlar aparıram.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 09 May 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















