Icma.az
close
up
RU
BŞİH in qışa hazırlığı ucuzlaşdı: 4 il əvvəl eyni duzu niyə 41 faiz baha alıblar?

BŞİH in qışa hazırlığı ucuzlaşdı: 4 il əvvəl eyni duzu niyə 41 faiz baha alıblar?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qışa hazırlıqla əlaqədar olaraq yeni alqı-satqı işlərinə başlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ilkin mərhələdə qışa hazırlıq yolların qardan və buzdan təmizlənməsi məqsədi daşıyır. 

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi yolların qar və buzdan təmizlənməsi məqsədilə istifadə olunan emal edilməmiş 5000 ton xam duz sifariş edib. 

İdarə alqı-satqı ilə bağlı "Fidan-TN” şirkəti ilə 350 min manat dəyərində müqavilə bağlayıb. 

Qeyd edək ki, son beş ildə BŞİH-in Mənzil Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən 15 000 tona yaxın texniki duz alınıb və bu satınalmalara 1,8 milyon manata yaxın vəsait sərf olunub.

Belə ki, ötən ilin noyabrın 1-də 2 000 ton xam duzun müqabilində "FƏZA-F" şirkətinə 248 036 manat vəsait ödənilib.

İdarə 2023-cü ilin avqustun 9-da 2300 ton texniki duzun satın alınmasına görə "FİDAN-TN" şirkətinə 262 199,54 manat ödəniş edib.

2022-ci ilin avqustun 19-da isə qurum tərəfindən 2300 ton texniki duz sifariş edilib və sifarişi çatdıran "FƏZA-F" şirkətinə 298 702,84 manat ödənilib.

Sanitariya və Texniki Təmizlik İdarəsi 2020 və 2021-ci illərdə 4 dəfə texniki duz sifariş edib.

Belə ki, İdarə 2021-ci ilin avqustun 11-də 5 000 ton xam duzun alınmasına görə "Fidan-TN" şirkətinə 599 971 manat, həmin ilin dekabrın 17-də "Ramin-AŞ" şirkətindən 1 560 ton xam duzun alınmasına görə isə şirkətə 190 320 manat ödəniş edib.

2020-ci ilin oktyabrın 7-də qurum tərəfindən "Şamxal- MQ" şirkətindən 1 400 ton duz alınıb və buna görə şirkətə 154 000 manat ödəyib. Həmin ilin dekabrın 22-də 350 ton duza görə fiziki şəxs Ağayev Fizuli Telman oğluna 42 000 manat ödəniş edilib.

Beləliklə, cari ildə sifariş edilən duzun 1 tonu 70 manata başa gəlir ki, bu da son beş ilin ən aşağı qiymətidir. Əvvəlki illərdə eyni məhsulun 1 tonu 110–130 manat arasında dəyişib. Ən yüksək qiymət 2022-ci ildə (2300 ton üçün ≈129,87 manat/ton) olub. İdarə 2021-ci ildə texniki duzun 1 tonunu eyni şirkətdən 120 manata alıb.

Bu isə o deməkdir ki, İdarənin 2021-ci ilə müqayisədə cari ildə eyni şirkətdən eyni həcmdə aldığı duzun qiyməti təxminən 41.7% azalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri