BŞİH: İntensiv yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünəndən etibarən intensiv yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir.
Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, artıq bir neçə gündür ki, Bakıda şaxtalı-qarlı hava şəraiti və intensiv qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eyni zamanda qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar:
"Bununla əlaqədar olaraq gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib və bu işlər gün ərzində davam etdirilir. Qardan təmizləmə işləri ətraf qəsəbələrdə də aparılır.
Səhər saatlarından kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Fevral 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















