BŞİH: Yasamalda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır
Icma.az, Report.az saytına istinadən bildirir.
Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.
Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir.
"Təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Yanvar 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















