BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə vasitəsilə 18 856,8 min ton neft ötürülüb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda magistral neft kəmərləri üzrə nəqletmənin 76,6%-i BTC-nin payına düşüb.
“BTC kəməri ilə nəql edilmiş neftin 82 faizini (15 456,1 min ton) Azərbaycanda hasil edilən neft, 18 faizini (3400,7 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 36 306,2 min ton neft nəql edilib, bu da illik müqayisədə 6,3% azdır. Nəqletmənin 74,9%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 27 179,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7,8% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8%-i və ya 23 056,9 min tonunu Azərbaycanda hasil edilən neft (4,6% azalma), 15,2%-i və ya 4 122,3 min tonunu (22,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Baxış sayı:64
Bu xəbər 16 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















