BTC ilə indiyədək 557 mln. tona yaxın Azərbaycan nefti nəql olunub
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib.
Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 20 il əvvəl – 2006-cı ilin 4 iyun tarixində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker yola salınıb.
Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft və “Şahdəniz” yatağından hasil olunan kondensat Azərbaycandan nəql edilir. Bakı-Tbilisi-Ceyhan boru kəməri Səngəçal terminalından başlayıb Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.
2006-cı ilin iyun ayından istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanılıb və xam neft Ceyhan terminalına 2006-cı il mayın 28-də çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 04 İyun 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















