“BTQ dekolonizasiya məsələsini gündəmə çıxarmağa nail olub”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Bakı Təşəbbüs Qrupu müxtəlif beynəlxalq platformalarda həyata keçirdiyi fəaliyyət vasitəsilə dekolonizasiya məsələsini təkcə siyasi müstəvidə deyil, digər istiqamətlərdə də beynəlxalq təşkilatların gündəminə çıxarmağa nail olub”.
“Qafqazinfo” APA-ya istinaddən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, hazırda BMT, onun təsisatları, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar dekolonizasiya ilə bağlı məsələləri mütəmadi olaraq gündəmə gətirirlər.
“Bu, maarifləndirmə fəaliyyətinin nəticəsidir. Şübhəsiz ki, bu prosesdə media nümayəndələri və informasiya agentlikləri əvəzsiz rol oynayıblar. Bakı Təşəbbüs Qrupu adından, eləcə də dekolonizasiya prosesinə cəlb olunmuş bütün tərəflər adından media nümayəndələrinə və informasiya agentliklərinə dərin minnətdarlığımı bildirirəm”, - Abbas Abbasov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 11 İyul 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















