“BTQ nin təşəbbüsünü yeni istiqaməti kimi qiymətləndirmək olar”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Təşəbbüs Qrupu (BTQ) öz fəaliyyətinin müəyyən edilmiş istiqamətlərini ardıcıl surətdə beynəlxalq təşkilatların gündəliyinə çıxarır və bu işi davam etdirmək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BTQ-nin icraçı direktoru Abbas Abbasov deyib.
İcraçı direktorun sözlərinə görə, təşkilat 2023-cü ildən fəaliyyətinin əsas istiqamətlərini həyata keçirməyə davam edir, o cümlədən müstəmləkəçiliyə qarşı qanuni mübarizə aparan tərəfləri dəstəkləyir.
Abbas Abbasov xatırladıb ki, BTQ insan hüquqlarının, həmçinin yerli xalqların və etnik azlıqların hüquqlarının müdafiəsi sahəsində müxtəlif beynəlxalq platformalarda aktiv şəkildə fəaliyyət göstərir.
A.Abbasov qeyd edib ki, bu gün BTQ-nin təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq forumu qrupun fəaliyyətinin yeni istiqaməti kimi qiymətləndirmək olar.
O vurğulayıb ki, forumun iştirakçıları gənclər üçün yeni beynəlxalq platformaların yaradılmasının vacibliyini dəfələrlə qeyd ediblər.
BTQ rəhbəri bildirib ki, forumun sonunda gənc liderlərlə birlikdə yeni beynəlxalq gənclər platformasının yaradılması üzrə ilk addımların atılması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 01 May 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















