Icma.az
close
up
RU
Bu 3 bürcü yeni sevgi gözləyir

Bu 3 bürcü yeni sevgi gözləyir

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabr ayında astroloji baxımdan eşq həyatında hərəkətli günlər başlayır. 11 sentyabrda Qız bürcündə baş verəcək Yeni Ayın münasibətlər və emosional mövzularda yeni başlanğıclara yol açacağı bildirilir. Bundan bir gün əvvəl – 10 sentyabrda Veneranın Əqrəb bürcünə keçməsi isə sevgi və münasibətlərdə hisslərin daha da intensivləşəcəyinə işarə edir.
Qarşıdakı günlərdə xüsusilə Qız, Balıq və Buğa bürclərinin eşq həyatında diqqətçəkən dəyişikliklər yaşana bilər. Əqrəblər üçün isə keçmiş münasibətlərlə bağlı mühüm qərarlar gündəmə gələ bilər.
Qız bürcü üçün yeni səhifə
Qız bürcləri üçün sentyabrın ortaları eşq həyatında yeni başlanğıclar vəd edir. Öz bürcündə baş verəcək Yeni Ay uzun müddətdir gözlənilən hərəkəti gətirə bilər.
Subay Qızlar heç gözləmədikləri anda yeni biri ilə tanış ola bilərlər. Sadə bir qarşılaşma qarşılıqlı marağa, uzun söhbətlərə və qısa zamanda flörtə çevrilə bilər.
Münasibətdə olan Qızlar üçün isə yeni bir eşqdən çox, mövcud münasibətdə yeni mərhələ gündəmə gələ bilər. Münasibətin gələcəyi barədə danışmaq, ciddi qərar vermək və uzun müddətdir təxirə salınan məsələləri aydınlaşdırmaq mümkün olacaq.
Balıqlar romantik sürprizlərlə qarşılaşa bilər
Qız Yeni Ayı Balıqların münasibətlər sahəsini də hərəkətə gətirə bilər. Xüsusilə münasibətinin adını müəyyənləşdirə bilməyən Balıqlar üçün bu dövr mühüm ola bilər.
Uzun müddətdir “Biz indi nəyik?” sualına cavab axtaranlar nəhayət qarşı tərəfdən konkret addım görə bilərlər. Flört münasibətə çevrilə, gözlənilməz etiraf baş verə və ya qarşı tərəfdən çoxdan gözlənilən addım gələ bilər.
Subay Balıqların da eşq həyatında canlanma ehtimalı var. Qarşılarına çıxan yeni insan əvvəlcə adi tanışlıq təsiri bağışlasa da, münasibət qısa müddətdə daha ciddi istiqamət ala bilər.
Buğaları gözlənilməz eşq gözləyir
Buğa bürcünün eşq həyatında əsas mövzu gözlənilməzlik olacaq. Yeni münasibətin haradan və necə başlayacağı əvvəlcədən bilinməyə bilər.
Buğalar gündəlik həyatlarında, iş yerində, tez-tez getdikləri bir məkanda və ya adi bir işlərini görərkən yeni biri ilə tanış ola bilərlər.
Maraqlısı isə odur ki, həmin şəxs onların əvvəlcədən müəyyənləşdirdikləri “ideal partnyor” obrazına heç uyğun gəlməyə bilər. Buna baxmayaraq, gözlənilməz xüsusiyyətlər onları cəlb edə bilər.
Beləliklə, Buğalar eşqi axtararkən deyil, öz həyatlarını yaşayarkən tapa bilərlər.
Əqrəblər keçmişi geridə qoymalıdır
Əqrəblər üçün də sevgi mövzusunda mühüm dəyişikliklər gözlənilir. 10 sentyabrda Veneranın Əqrəb bürcünə keçməsi hisslərin daha da güclənməsinə səbəb ola bilər.
Lakin yeni münasibətə başlamazdan əvvəl keçmişdən qalan məsələlərin həll edilməsi lazım gələ bilər. Keçmiş sevgili, yarımçıq qalmış münasibət, cavabsız suallar və ya “yenidən bir araya gələ bilərikmi?” düşüncəsi Əqrəblərin qarşısına çıxa bilər.
Astroloji şərhlərə görə, Əqrəb keçmişlə bağlı son qərarını verdikdən sonra həyatında yeni münasibət üçün daha çox yer aça bilər.
Qısası, sentyabrın ortaları bu dörd bürc üçün eşq həyatında dönüş nöqtəsi ola bilər. Xüsusilə Qız, Balıq və Buğaları yeni tanışlıqlar, Əqrəbləri isə keçmişlə vidalaşmaq və yeni səhifə açmaq gözləyir.
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Sentyabr 2026 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri